Azərbaycan güclü orduya malikdir - Düşmən təxribatının qarşısı qətiyyətlə alınır

Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun bölmələrinə qarşı növbəti təxribat törətməsində məqsəd Azərbaycan Ordusunun mövqelərini ələ keçirtmək, həmçinin canlı qüvvəyə və hərbi texnikaya zərər yetirmək olub. Ordumuzun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Ekspertlər deyir ki, Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa, eləcə də üçüncü qüvvələri münaqişəyə cəlb etməyə hesablanıb.

Azərbaycan ORDUSU Ermənistanın təxribatlarına qətiyyətli cavab verir. GÜCLÜ Ordumuz Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir. Keçmiş Korpus komandiri Şair Ramaldanov deyir ki, Azərbaycan Ordusunun düşmənə qarşı əks-tədbirləri adekvat xarakter daşıyıb.

Şair Ramaldanov – keçmiş korpus komandiri

Gece vaxti yene de dusmen tereden o istiqametde hava seraitin gece olmasindan istifade ederek bir de cehd gosterilib bu zaman da aze silahli quvvelerinin atesi neticesinde dusmen layiqli cavab alaraq itkilerle geri cekilib dusmen bundan sonra da layiqli cavabini alacaqdir.

Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı Ermənistan hakimiyyətinin əhalinin diqqətini daxili problemlərdən yayındırmaq məqsədi daşıyır. Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə öz səriştəsizliyini ört-basdır etmək üçün lazım idi.

Elçin Mirzəbəyli – politoloq

Ermneistan bu texribata onceden hazorlasmisdi prosessin esasinda birinci novbede ucuncu quvvelerin celbi digeri erm daxilinde bas verenlerden diqqeti yayindirmaq idi pasinyanin ozune olan munasibet gunu gunden pislesir reytinqi en asagi seviyyededir enenvi metodlarla bu defe serhedde texribat toretmekle diqqeti yayindirmaga calisiblar

Rusiya Siyasi araşdırmalar institutunun rəhbəri Sergey Markov deyir ki, Paşinyanın üçüncü qüvvə timsalında Kollektiv təhlükəsizlik müqaviləsi təşkilatını münaqişəyə cəlb etməsi cəhdi uğursuz alınacaq.

Sergey Markov – politoloq

KTMT də Paşinyana inanmirlar. Orda dəqiqi bilirlər ki o, satqındır. Paşinyan KTMT-in baş katibini həbs etdirmək əmrini vermişdi. Əmri onun verməsi ilə bağlı səs yazısı da yazılmışdı. Amma o, Rusiya prezidentinə yalan soyləyərək demişdi ki belə bir əmr verməyib. Buna görə də KTMT-ilk olaraq Azərbaycandan bu təxribatla bağlı həqiqəti öyrənəcək və Azərbaycana daha çox inanacaqlar nəinki Paşinyana

Qeyd edək ki, Hazırda Ermənistanda vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyi isə demək olar ki, mümkünsüzdür.

atv.az

Atv.az

ƏVVƏLKİ XƏBƏR

Ermənistan növbəti dəfə təcavüzkar olduğunu göstərdi - “Düşmənə yenidən öz yeri göstəriləcək”

SONRAKI XƏBƏR

Bakıda ordumuza dəstək yürüşü keçirilir - VİDEO