Nikaha hazırlaşanların sayı artdı - Aralarında xoş olmayan xəbər alanlar da var

Nikaha hazırlaşanların sayı artdı - Aralarında xoş olmayan xəbər alanlar da var

Müayinədən keçənlərin 212-də talasemiyya daşıyıcılığı aşkarlanıb. HİV1/2 aşkarlananların sayı isə 15 olub. Sifilis aşkarlananların sayı 46, hər iksində daşıyıcılıq aşkarlananların sayı isə 3 olub.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, Sputnik. Ötən ay ərzində 6393 nəfər nikahəqədər müayinələrdən keçib. Bu barədə Sputnik Azərbaycan-a B.Ə.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, müayinədən keçənlərin 212-də talassemiya daşıyıcılığı aşkarlanıb. HİV1/2 aşkarlananların sayı isə 15 olub. Siflis aşkarlananların sayı 46, hər ikisində daşıyıcılıq aşkarlananların sayı isə 3 olub.

Qeyd edək ki, mayla müqayisədə müayinədən keçənlərin sayında artım var. Belə ki, ötən ay nikahaqədər müayinədən keçənlərin sayı 5 min 979 olub ki, onların da 182-də talassemiya daşıyıcılığı, 32-də sifilis aşkarlanıb. HİV1/2 aşkarlananların sayı 10, hər ikisində daşıyıcılıq olanların sayı isə 2 olub.

Mənbə: sputnik.az