Ekspertdən ümidverici xəbər: "Sentyabr ayında dərslər başlayacaq"

Ekspertdən ümidverici xəbər: "Sentyabr ayında dərslər başlayacaq"

Xəbər verildiyi kimi, bu ilin sonuna kimi Təhsil Nazirliyinin təmir-tikinti işlərini yekunlaşdırdığı 102 məktəb binası şagirdlərin istifadəsinə veriləcək.

Belə ki, onlardan 29-u yeni tikilən, 13-ü əsaslı təmir olunan, 60-ı isə modul tipli məktəbdir.

Maraqlıdır, bu hazırlıqla dərslərin açılacağını ehtiva edirmi?

Bununla bağlı təhsil eksperti Kamran Əsədov Cebhe.info-ya açıqlamasında bildirib ki, tədris ilinin sentyabrdan başlanması gözləniləndir:

"Nəzərə alsaq ki, ölkədə 4 447 orta ümumtəhsil məktəbi var, son 10 il ərzində onun 3 mindən çoxu təmir edilib. Burada maraqlı bir məqam var ki, bu ilki təmir aparılan məktəblərin siyahısı, əhatə dairəsi əvvəlki illərdən ona görə fərqlənir ki, indi daha çox qəzalı vəziyyətdə olan məktəblər modul tipli məktəblərlə əvəz olunur.

Həmçinin modul tipli məktəblərin şagird sayı az olan ərazilərdə quraşdırılması nəzərdə tutulur. Təbii ki, məktəblərin təmiri, Baş nazirin şagird sıxlığı ilə bağlı qərarı, bundan əlavə Təhsil Nazirliyi tərəfindən dərsliklərin çap olunmağa başlanması ümid verir ki, sentyabr ayında orta ümumtəhsil məktəblərində gigiyenik-sanitar qaydalara əməl edilməklə dərslər başlayacaq.

Nəzərə alsaq ki, Dövlət İmtahan Mərkəzi (DİM) 200 mindən çox şagirdin iştirakı ilə imtahanlar keçirir, başqa proseslər həyata keçirilir - bunların fonunda dərslərin başlanması gözlənilir".

Naibə
Cebhe.info

Mənbə: cebhe.info