Genuya konfransında iştirak etmiş Azərbaycanın görkəmli dövlət xadimi kim olub?

Genuya konfransında iştirak etmiş Azərbaycanın görkəmli dövlət xadimi kim olub?

 

Bakı, 14 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) "Vikipediya" könüllüləri tərəfindən tarixi mövzularda məqalələrin yaradılması, zənginləşdirilməsi və redaktə olunması davam edir. Doğma dilimizdə məqalələrin yaradılması “Vikipediya”nın Azərbaycan dili bölməsində informasiya bazasını daha da zənginləşdirir.

MEK-dən AZƏRTAC-a bildirilib ki, “Vikipediya”nın Azərbaycan dili bölməsində məşhur Genuya konfransı haqqında məqalə yaradılıb. Məqalədə konfransa hazırlıq, onun açılışı, iştirakçılar, tərəflərin məqsədi və s. haqqında maraqlı məlumatlar verilib. Genuya konfransında Azərbaycanın görkəmli dövlət xadimi Nəriman Nərimanov da iştirak edib.

Məqalə ilə daha ətraflı linkdə tanış olmaq mümkündür.

Mənbə: azertag.az