Aztəminatlı ailənin şikayəti araşdırılıb və aylıq müavinət ayrılıb

Aztəminatlı ailənin şikayəti araşdırılıb və aylıq müavinət ayrılıb

Sosial şəbəkə səhifələrinin birində Sabunçu rayonunda yaşayan Mələk Həsənovanın maddi çətinliyinin olması və həyat yoldaşı İsmayıl Həsənovun karantin səbəbilə iş tapmaqda çətinlik çəkməsi ilə bağlı yayılan məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Cebhe.info-nun xəbərinə görə, bu barədə Nazirliyin mətbuat katibi Fazil Talıblı məlumat verib:

“Ona və həyat yoldaşı İsmayıl Həsənova əmək müqaviləsi ilə haqqı ödənilən ictimai işlər barədə məlumat verilib və bu işlərə cəlb olunmaları təklif edilib.

İsmayıl Həsənov aktiv VÖEN istifadəçisi olduğu üçün, həyat yoldaşı Mələk Həsənova ictimai işdə çalışmağa razılıq verib.

O, məşğulluq mərkəzinin əməkdaşları tərəfindən qeydiyyata alınıb və yaxın günlərdə əmək müqaviləsi əsasında bu işdə çalışacaq.

Həmçinin Mələk Həsənovaya 5-dən çox uşağı olan qadına hər uşağa görə 55 manat məbləğində aylıq müavinətin təyin olunduğu barədə məlumat verilib.

Qeyd olunub ki, 6 uşaqlı ailəyə ümumilikdə 330 manat müavinət veriləcək. Eyni zamanda ailənin hüququ yaransa da indiyədək müraciət etmədiyinə görə ona ödənməyən həmin müavinətin qanunvericiliyə uyğun olaraq ona tam olaraq ödənilməsi təmin olunacaq.

Ailəyə ünvanlı dövlət sosial yardımı almaq huququna baxılması üçün müraciət edə biləcəyi də bildirilib və bununla bağlı prosedur izah edilib”.

Xatirə
Cebhe.info

Mənbə: cebhe.info