Tovuzda həlak olan QƏHRƏMAN ŞƏHİDLƏRİMİZ haqqında tükürpədən faktlar - FOTOLAR

Tovuzda həlak olan QƏHRƏMAN ŞƏHİDLƏRİMİZ haqqında tükürpədən faktlar - FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun daha 7 şəhid verib.

Publika.az xəbər verir ki, bunu cəbhə bölgəsində jurnalistlərin suallarını cavablandıran Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib.

1) Gizir Zeynallı İlqar Ayaz oğlu

Tovuz Rayonu Cəlilli kənd sakinidir. 1995-ci ildə anadan olub.

2) MAXE əsgər Mustafazadə Elçin Arif oğlu

Ağstafa rayonu Həsənsu kənd sakinidir. 1992-ci ildə anadan olub. Elçin nişanlı olub. Ağstafa rayonunda dəfn olunan şəhidin yaxın qohumları bu barədə bildirib.

3) Gizir Babayev Yaşar Vasif oğlu

Ağstafa rayonu Köçəsgər kənd sakinidir. Şəhid Ağstafa rayonunun Köçəsgər kəndindəndir. 8 ildir ailəli olan Y. Babayev övlad arzusunda olub. Şəhid gizirin bu günlərdə övladı dünyaya gələcəkmiş.

4) Mayor Əhmədov Namiq Hajan oğlu

Qazax rayonu Yuxarı Salahlı kənd sakinidir. 1987-ci il təvəllüdlüdür.

5) Artilleriya rəisi, polkovnik Mirzəyev İlqar Anzor oğlu

Bakı şəhəri Xətai rayon sakinidir. 1973 təvəllüdlüdür. 2016-cı ildəki "Aprel döyüşləri"ndə şücaətlər ön cəbhədə iştirak edib.

6) Mayor Novruzov Anar Gülverdi oğlu

Masallı rayon Ərkivan qəsəbə sakinidir. Şəhid mayor 25 il hərb sahəsində xidmət edib. 2 övladı var. A. Novruzov həmişə ön cəbhələrdə qəhrəmancasına döyüşüb. Onun qızı ilə son yazışması sosial mediada paylaşılıb.

Mənbə: publika.az