Müşfiqabadda orduya dəstək yürüşü keçirilir - Video

Müşfiqabadda orduya dəstək yürüşü keçirilir - Video

Bu dəqiqələrdə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindəki məcburi köçkün şəhərciyində ordumuza dəstək aksiyası başlayıb.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, mindən yuxarı vətəndaş dəstək aksiyasına qatılıb, onların əksəriyyəti gənclərdir. Hətta qadınlar, uşaqlar da yürüşə qoşulub.

Yürüşdə Azərbaycan Ordusuna dəstək şüarları səsləndirilir. Azərbaycan bayraqları qaldırılır və Azərbaycan iqtidarına müharibəyə başlamaq çağırışları edilir.

Aksiyaçılar döyüşə getməyə hazır olduqlarını bildirirlər. Gənclər bu gün şəhid olan generalın, şəhidlərimizin ruhuna and içərək, “Öldü var, döndü yoxdur!” şüarı səsləndiriblər və bildiriblər ki, döyüşlərdə iştirak etməyə hazırdırlar, yetər ki, Azərbaycan Respublikasının Ali Baş Komandanı döyüş əmri versin!

 

Mənbə: axar.az