Bakı sakinlərinin 30%-i - Ödənişsiz Məzuniyyətə Göndərilib

Bakı sakinlərinin 30%-i - Ödənişsiz Məzuniyyətə Göndərilib

“ACT Azərbaycan” Bakı şəhərində COVID-19 pandemiyasının əhaliyə təsirini öyrənmək üçün 30 aprel – 3 may tarixlərində paytaxt sakinləri arasında müxtəlif istiqamətlərdə əmək fəaliyyəti sorğusu həyata keçirib.

FED.az xəbər verir ki, işləyən respondentlərin 30%-i koronavirusun yayılması səbəbindən ödənişsiz məzuniyyətdə olduqlarını qeyd ediblər. Təqribən eyni faizdə sorğu iştirakçısı (29%) isə pandemiyanın iş rejimlərinə təsir etmədiyini, əvvəlki kimi ofisdə tam iş günü çalışdıqlarını bildiriblər. Respondentlərin qalan hissəsi ya illik ödənişli məzuniyyətdə olduqlarını (20 %), ya da distant vəziyyətdə tam iş günü çalışdıqlarını qeyd ediblər (9%).

Vəzifə öhdəliklərinin yükü baxımından, əksəriyyət iş həcminin dəyişmədiyini bildirib (63 %).

Pandemiyanın neqativ təsiri nəticəsində rəyi öyrənilən vətəndaşların 10%-i əmək haqlarında azalma olduğunu söyləyiblər.

Sorğu Bakı şəhərində 400 respondent arasında keçirilib.

Mənbə: fed.az