“Apple” şirkəti köhnə iPhone sahiblərinə 500 dollar təzminat ödəyəcək

“Apple” şirkəti köhnə iPhone sahiblərinə 500 dollar təzminat ödəyəcək

iPhone X

ABŞ-dakı iPhone istifadəçiləri “Apple”dan təzminat tələb etmək hüququna sahibdirlər. Qeyd edək ki, şirkət dəfələrlə smartfonlarını bilərəkdən yavaşlatmaqda günahlandırılıb. Banker.az xəbər verir ki, təzminat almaq istəyənlər üçün ayrıca sayt yaradılıb.

Xatırladaq ki, mart ayında “Apple” oxşar məsələnin həllinə 500 milyon dollar xərcləməyə hazır olduğunu bildirmişdir. Ümumiyyətlə, iPhone ətrafındakı qalmaqal o qədər genişmiqyaslıdır ki, ona xüsusi ad verilib – Batterygate.

Şirkətin verdiyi məlumata görə, bu smartfonların sahibləri təzminat ala bilərlər: iPhone 6, 6 Plus, 6s, 6s Plus və ya SE, o cümlədən iOS 11.2 və daha köhnə əməliyyat sistemi ilə işləyən iPhone 7 və ya 7 Plus.

Sənədlərdən göründüyü kimi, “Apple” hər bir istifadəçiyə orta hesabla ən az 25 dollar ödəməyə hazırdır. Tələblərin ümumi məbləği 310 milyon dollardan çox olmadığı təqdirdə, təzminat 500 dollara qədər artırıla bilər.

Mənbə: banker.az