Koronavirus peyvəndi olunan könüllülər xəstəxanadan çıxdı

Koronavirus peyvəndi olunan könüllülər xəstəxanadan çıxdı

Rusiyada koronavirusa qarşı peyvəndin sınağında iştirak edən ilk könüllü qrup xəstəxanadan buraxılıb.

Cebhe.info xəbər verir ki, bunlar 18-65 yaşlı şəxslərdir.

Sınaq keçirilən Seçenov Universitetindən bildirilib ki, ikinci qrup xəstxanadan 20 iyulda buraxılacaq.

Milli Epidemiologiya və Mikrobiologiya Elmi-Tədqiqat İnstitutunun keçirdiyi sınaq iyunun ortalarında iki ünvanda- Seçenov Universiteti və Burdenko adına hospitalda başlayıb.

Peyvənd olunan könüllülər ilk günlər baş ağrısı və yüksək hərarətdən şikayətlənib.

İndi mütəxəssislər peyvəndin nəticəsini gözləyirlər.

Xəzər
Cebhe.info

Mənbə: cebhe.info