Məşhur motosiklet brendi yüzlərlə işçisini ixtisar edəcək

Məşhur motosiklet brendi yüzlərlə işçisini ixtisar edəcək

ABŞ-ın motosiklet istehsalçısı "Harley-Davidson" koronavirus pandemiyasından dolayı yaranmış iqtisadi böhran fonunda biznesinin qlobal restrukturizasiyası çərçivəsində bütün dünya üzrə 700-ə yaxın işçisini ixtisar edəcək.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin qlobal işçi heyyətinin 13% azalmasını nəzərdə tutan restrukturizasiya planı ikinci rübdə 42 milyon dollara yaxın xərcə səbəb olacaq.

Qeyd edilir ki, artıq bu ilin sonuna kimi şirkət 500 işçi ilə yolları ayıracaq. Dünya üzrə "Harley-Davidson"un 5600 əməkdaşı var.

Mənbə: finans.az