Silahlılarla toqquşmada Pakistan ordusunun 8 hərbi qulluqçusu həlak olub

Silahlılarla toqquşmada Pakistan ordusunun 8 hərbi qulluqçusu həlak olub

Pakistanın cənub-qərbindəki yerləşən Pancqur bölgəsində bir qrup naməlum silahlı şəxs təhlükəsizlik qüvvələrinin karvanına atəş açıb. Ordu.az xəbər verir ki, bu barədə Pakistan ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində ən azı 8 hərbi qulluqçusu həlak olub və daha beş nəfər yaralanıb.

Hücuma görə məsuliyyəti heç bir qrup öz üzərinə götürməyib.

Qeyd edək ki, Pakistan qüvvələri on ildən çoxdur bölgədə "Baloç" adlı separatçı hərəkatı ilə mübarizə aparır.

Sevinc Əliyeva
Ordu.az

Mənbə: ordu.az