Türkiyədə Azərbaycana dəstək aksiyası

Türkiyədə Azərbaycana dəstək aksiyası

Türkiyənin müxtəlif şəhərlərində Azərbayacana dəstək aksiyası keçirilir.

Cebhe.info xəbər verir ki, dünən axşam saatlarında Bakıda başlayan aksiyaya Türkiyədən də yürüşlə dəstk verilib.

Yürüyüşün təşkilatçısı Əli Ehsan Öztürk bu barədə sosial media hesabında yazıb: "Bakı əhalisi “Azadlıq” meydanında olanda biz evdənmi izləyəcəyik? Saat 00:00-dan etibarən Kayseri Cümhuriyyət Meydanında yığışacağıq".

Yürüşün iştirakçıları "Türk milləti olaraq ən böyük gücümüz birlik və bərabər olmağımızdır" , "Turan gəncliyi dəstəyə hazırdır" , "Ya Qarabağ, ya ölüm" kimi şüarlarla Azərbaycana dəstək olduqlarını nümayiş etdiriblər.

Semra Ələkbərli
Cebhe.info

Mənbə: cebhe.info