Peskovun qızının “Visit Moscow” brendi Moskva meriyasının loqosu ilə necə üst-üstə düşüb?

Peskovun qızının “Visit Moscow” brendi Moskva meriyasının loqosu ilə necə üst-üstə düşüb?

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun qızı Yelizaveta Peskova ona məxsus olan “Visit Moscow” brendinin Moskva meriyasının loqosu ilə necə üst-üstə düşdüyü haqda mediada yayılan informasiyalara münasibət bildirib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı news.ru saytı yayıb.

Onun sözlərinə görə, bu ideya öncədən ona məxsus olub. Bir müddətdən sonra Moskva meriyasında turisləri cəlb etmək üçün onun layihəsi ilə maraqlanıblar.

Mənbə bildirib ki, iki il əvvəl “İnstagram”da dostumla visit_moscow haqda danışırdıq. O vaxt bu ideya ölkədə yox idi. VİSİT böyük paytaxtlar üçün çox geniş yayılmış bir marka olmasına baxmayaraq ölkəmizdə nədənsə yox idi, ancaq bütün ölkələr turizmin inkişafı üçün bundan istifadə edirdilər.

Peskovanın etirafına görə, layihəni onun dostunun kompaniyasına veriblər. Bu təşviq xidmətləri turistlərin cəlb edilməsi üçün meriyaya lazım idi. Yelizaveta bir il əvvəl Moskvaya köçərək, onun kompaniyasında işləməyə başlayıb. Layihədə iştirakımı davam etdirərək, turistlərin online təşviqi və paytaxta cəlb edilməsi üzrə işləri yerinə yetirib.

“Mart ayında mən öz şirkətimi açdım və hansısa bir iş aldım. Həmçinin “Visit Moscow” ilə məşğul olmağa başladım” deyə Peskovun qızı bildirib.

Bundan əvvəl KİV-in məlumatına görə, Yelizaveta Peskovaya məxsus “Speransa DS” şirkəti “Visit Moscow” adlı ticarət nişanını qeydiyyata almağa hazırlaşır. Buna “açıq media” diqqət çəkib. Jurnalistlərin fikrincə, oxşar logo Moskva meriyası ilə bağlı sosial media hesablarında istifadə edilir.

Marka loqotipi ağ fonda yazılan qırmızı rəngli ifadədir. Belə stil Facebook, İnstagram və YouTube sosial şəbəkələrində Moskva meriyasının Turizm Komitəsinin səhifələrini bəzəyir. Burada paytaxtın əsas görməli yerlərindən ingilis dilində bəhs edilir.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az