Ermənistanın hərbi təcavüzünün acı nəticələri

Ermənistanın hərbi təcavüzünün acı nəticələri

20 fevral 1988-ci il tarixli vəsatətdən sonra Ermənistan SSR-i və Dağlıq Qarabağda yaşayan ermənilər tərəfindən, Muxtar Vilayətin Azərbaycanın tərkibindən birtərəfli çıxarılmasını təmin etmək üçün, birsıra digər bəyannamə və qərarlar qəbul edilmişdir.

Ermənistan belə bir fikirə malikdir ki, "SSRİ-nın dağılmaşından sonra keçmiş Azərbaycan Sovet Sosialist Respublikasının ərazisində iki dövlət yaradılmışdır: Azərbaycan Respublikası və Dağlıq Qarabağ Respublikası" (aşağıda DQR adlandırılacaq), "və bu iki dövlətin yaradılmasının oxşar hüquqi əsası var". Bununla yanaşı Dağlıq Qarabağın "müstəqil" olması, öz müqəddəratını təyinetmə hüququnu əks etdirən prosesin davamıdır.

Lakin, bu yanaşmanın heç bir əsası yoxdur. Azərbaycanın müstəqilliyinin bəyannaməsi ərəfəsində, Sovet hüquq sisteminə əsasən qanunsuz olan, Dağlıq Qarabağın birtərəfli qaydada, Azərbaycanın razılığı olmadan ayrılma cəhdlərinin qeyri-qanuni xarakter daşıması, Ali konstitusiya səviyyəsində təsdiq edilmişdir.

Öz müqəddəratını təyin etmək və müstəqil Azərbaycan Respublikasının tərkibindən çıxmağa yönəlmiş fikirlər, torpağların bütövlüyü haqqında ümüm gəbulolunmuş qaydalara və Azərbaycan tərəfinin xahişiilə Təhlükəsizlik Şurası və Baş Assambleyanın sənədlərində "Dövlətlərin ərazi bütövlüyünün əsasları və öz müqəddəratını təyin etmək hüququ adı ilə Ermənistanın iddiaları haqqında" hesabatda öz əksini tapmışdır.

Azərbaycan, "DQR"-ın Azərbaycan Respublikasının tərki-bindən ayrılmasına, nəinki razılıq verməmişdır (o hər zaman mütamadi olaraq, buna qarşı etiraz etmişdır) və bu günə kimi "DQR" müstəqil bir qurum kimi heç bir dövlət və beynalxalq təşkilat tərəfindən tanınmamışdır. Hətta, "DQR"-a iqtisadi, siyasi və hərbi köməklik göstərən Ermənistan belə bunu etməmişdir.

Yuxarıda qeyd olunanlardan bu qənaetə gəlmək olar ki, Ermənistanın "DQR"-in müstəqilliyi haqqında yürütdüyü mülahizələr, beynəlxalq hüquq normalarına əsaslanmır və bunun heç bir hüquqi bazası yoxdur.

1991-ci ilin sonu – 1992-ci ilin əvvəlində münaqişənin hərbi mərhələsi başlandı. Sovet İttifaqının parçalanması və Azərbaycanda daxili çəkişmələr nəticəsində yaranmış siyasi qeyri-sabitlikdən istifadə edərək, Ermənistan xarici hərbi yardımla Dağlıq Qarabağda hərbi əməliyyatlara başladı.

Ermənistan Respublikasının Azərbaycana qarşı ilk hərbi mü-daxiləsi, Azərbaycan Respublikasının müstəqillik qazanmasın-dan sonraya təsadüf edir. Belə ki, 1992-ci ilin fevral ayında, Ermənistan Respublikasının hərbi birləşmələri zirehli texnika ilə Azərbaycanın Xocalı şəhərinə hucum etmiş və nəticədə Xocalı əhalisi misli görünməmiş qırğına məruz qalmişdır.

Xocalı soyqırımı kimi tanınmış bu qanlı faciə minlərlə azər-baycanlının məhv edilməsi yaxud əsir düşməsi ilə nəticələnmiş, şəhər yerlə-yeksan edilmişdir. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş SSRİ-nin 366 saylı motoatıcı alayının köməyi ilə Xocalını ələ keçirdilər. Faciəvi gecəyədək şəhərdə qalmış Xocalı sakinləri (təxminən 2 500 nəfər) hücum başlayandan sonra azərbaycanlıların yaşadığı ən yaxın yerə yol tapmaq ümidi ilə evlərini tərk etməyə cəhd göstərdilər, lakin onların planları puça çıxdı. İşğalçılar Xocalını dağıtdılar və dinc əhalini xüsusi qəddarlıqla qətlə yetirdilər. Xo-calının yüzlərlə günahsız sakininin qəddarcasına qətlə yetiril-məsi Ermənistan-Azərbaycan münaqişəsi zamanı törədilmiş ən iyrənc cinayətlərdən biri idi. Erməni silahlı qüvvələri və xarici hərbi hissələrin Xocalı və ətraf əraziləri tərk etmək iqtidarında olmayanların, demək olar, heç birinə rəhmi gəlmədi. Nəticədə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülmüşdür. 1275 nəfər girov götürülmüş, 150 nəfərin taleyi isə bu günədək naməlum olaraq qalmaqdadır.

Həlak olanların 56 nəfəri xüsusi qəddarlıqla qətlə yetirilmişdir: diri-diri yandırılmış, başının dərisi tükü ilə birlikdə soyulmuş, boynu vurulmuş, gözləri çıxarılmış və hamilə qadınların qarnı süngülənmişdir.

Həmin gecə, hətta uşaqlar amansızcasına qətlə yetirildilər. Əhalinin qəsdən öldürülməsi faktı bir daşa sübut edirdi ki,25-26 fevral 1992-ci il tarixdə Xocalıda törədilən kütləvi insan qırğını ancaq ona görə idi ki,onlar azərbaycanli idi. Xocalı şəhəri Azər-baycan ərazisinin ardımlı işğalına və etnik təmizləməsinə qarşı ilk addım kimi seçilmişdir. Bu dəhşətli soyqırımın məqsədi in-sanların qəlbində qorxu yaratmaq, vahimə və panika yaymaq idi.

1992-ci ilin may ayında Şuşa şəhəri və Ermənistanla Dağlıq Qarabağ arasında yerləşən Laçın rayonu işğal edilmişdir. 1993-cü ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı daha altı rayonunu – Kəlbəcər, Ağdam, Fü-zuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etdilər

1980-ci illərin sonlarında Ermənistan, Azərbaycana qarşi öz ərazi iddialarını irəli sürməyə başladı. Bununla yanaşı, Azərbaycan Respublikasının ərazisi olan, Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatlara başlayan erməni terrorist təşkilatı kimi tanınan (ASALA), erməni soyqırımına qarşi ədalət döyüşçüləri və erməni ingilab ordusu adlı təşkilatlar, öz mərkəzlərini - yaxın 1988-ci ildən erməni siyasətçiləri və onların himayədarları tərəfindən vilayətin iqtisadi geriliyi pərdəsi altında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün uzun müddətdən bəri hazırlanmış plan üzrə Xankəndində və Yerevanda davamlı tətillər keçirilərək.

DQMV-nin azərbaycanlı əhalisinə qarşı silahlı təcavüz oldu. Belə ki, avqustun axırı və sentyabrın əvvəllərində Kərkicahan və Xocalı üzərinə ermənilərin kütləvi hücumu baş verdi. Sentyabrın 18-də ermənilər Xankəndində yaşayan 15 minə qədər azərbaycanlını şəhərdən zorakılıqla çıxardılar, onların evləri yandırıldı, özlərini isə 1-də DQMV-nin Ermənistan SSR-lə birləşdirilməsi haqqında Konstitusiyaya Şuşa və ətraf rayonlara köçməyə məcbur etdilər. 1988-ci il sentyabrın 21-də DQMV-də xüsusi vəziyyət elan edildi və qadağan saatı qoyuldu. Ermənistanda zorakılıq daha da genişləndi, Dağlıq Qarabağ və Ermənistanda yaşayan azərbaycanlılar kütləvi şəkildə öz doğma yurdlarından qovuldular. 1989-cu ilin yanvarın 12-də SSRİ Ali Soveti Rəyasət Heyəti DQMV-də xüsusi idarə formasını tətbiq etdi. Həmin fərmanla DQMV-də bilavasitə SSRİ-nin ali dövlət hakimiyyəti və idarə orqanlarına tabe olan Xüsusi İdarə Komitəsi yaradıldı . Xüsusi İdarə Komitəsi DQMV-də vəziyyət daha da kəskinləşdirdi. Komitənin sədri A.İ. Volski vəziyyəti daha da gərginləşdirdi, az müddət ərzində vilayətin idarə və müəssisələrinin demək olar ki, hamısı Azərbaycanın tabeliyindən çıxarılaraq mərkəzin tabeliyinə keçirildi. Bütün sənədlərdə DQMV Azərbaycanın tərkibindən çıxarılmışdı Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın zidd qərar qəbul etdi. 42 gün ərzində DQMV-nin müəssisələri Ermənistanın müvafiq nazirlik və idarələrinin tabeliyinə verildi . Azərbaycanın bütün dövlət atributları (bayrağı, gerbi, himni və s.) dəyişdirildi və DQMV ərazisində Ermənistanın bayrağı və gerbi qaldırıldı. 1988-1991-ci illərdə Ermənistan Azərbaycana qarşı açıq-aşkar təcavüzkarlıq siyasəti yeritdi.Bu illər ərzində Dağlıq Qarabağda ermənilər tərəfindən törədilmiş 2559 toqquşma, 315 silahlı basqın, 1388 atəşə tutma halları qeyd alınmışdır ki, bunların da nəticəsində 514 nəfər həlak olmuş, 1318 nəfər yaralanmışdır.

1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdilər. Belə ki, fevral ayının 12-də Şuşanın Malıbəyli və Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olundu. Hücum zamanı 100-dən çox azərbaycanlı öldürülmüş, 140-dan çoxu yaralanmış və əsir götürülmüşdür. Bu qanlı hadisələr Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə həyata keçirilmişdir. Fevralın 13-dən 17-dək isə ermənilərin Xocavənd rayonunun Qaradağlı kəndinə hücumu nəticəsində 92 nəfər öldürülərək silos quyusuna atılmış, 117 nəfər kənd əhalisi girov götürülmüş və sonradan onların 77 nəfəri amansızlıqla qətlə yetirilmişdir 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən Rusiyanın 366-cı motoatıcı alayının 180 nəfər hərbi mütəxəssisi və ağır texnikanın iştirakı ilə Xocalı şəhərinə hücum edərək şəhəri yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı, yandırıldı və insanlar xüsusi qəddarlıqla qətlə yetirildi. Bu soyqırım nəticəsində 613 nəfər öldürüldü, 487 nəfər şikəst oldu, 1275 nəfər əsir götürüldü və 150 nəfər itkin düşdü Xocalıya hücum zamanı 366-cı motoatıcı alayının 3-cü batalyonunda 50-dən çox erməni zabiti və gizirləri iştirak etmişdir. Xocalı soyqırımında izləri itirmək üçün 1992-ci il martın 2-də ruslara məxsus olan 366-cı motoatıcı alay Gürcüstanın Vaziani şəhərinə köçürüldü, martın 10- da isə marşal Şapoşnikovun əmri ilə həmin alay ləğv edilərək tərkibi başqa alaylara paylandı 1992-ci il mayın 8-də İranın təşəbbüsü ilə Tehranda Azərbaycan və Ermənistan rəhbərləri arasında üçtərəfli görüş keçirildi. Sonralar aydın oldu ki, görüş zamanı Azərbaycan-Ermənistan sərhədi boyu və Qarabağın dağlıq hissəsində atəşin dayandırılmasından erməni tərəfi əslində başqa məqsəd güdürmüş. Məhz bu görüş Ermənistana beynəlxalq ictimaiyyətdən öz niyyətlərini gizlətmək üçün lazım idi.

Heç şübhəsiz ki, Ermənistan rəhbərliyi hazırlanmış hücum əməliyyatından əvvəlcədən xəbərdar olmuşdur. Çünki, Şuşanın işğalı Ermənistan rəhbərliyinin Tehranda danışıqlar apardığı, atəşi dayandırmağı tələb etdiyi vaxtla üst-üstə düşür və bağlanan sülh müqaviləsi mürəkkəbin quruduğu ana qədər qüvvədə qalmışdır. Bununla yanaşı, ermənilər həmişə olduğu kimi, hücum ərəfəsində bütün dünyaya Şuşadan Xankəndinə güclü hücumlar edilməsi barədə dezinformasiya yaymışdılar.

Beləliklə, ən müasir texnika hesabına 289 km2 ərazisi, 24 000 nəfər əhalisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Şuşa uğrunda döyüşlərdə 155 nəfər şəhid oldu, 167 nəfər isə yaralandı. Ermənilər tərəfindən əsir götürülmüş və Şuşa türməsində saxlanılan 114 nəfər azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirildi Bu hadisə mütəmadi şəkildə BMT Nizamnaməsini və ATƏT-in prinsiplərini kobud şəkildə pozaraq Qarabağın dağlıq hissəsini zorla Ermənistana ilhaq etməyə çalışan Ermənistan hökumətinin beynəlxalq hüquq normaları ilə bir araya sığmayan və təcavüzkar siyasətinə sadiq qaldığını bir daha təsdiq etdi. Şuşanı ələ keçirməklə Ermənistan bu problemi yalnız hərbi-taktiki baxımdan həll etmiş oldu. Problemin siyasi həlli isə getdikcə dərinləşərək çətin məcraya salındı. Məhz Şuşanın işğalı sonralar digər Azərbaycan ərazilərinin itirilməsində əsas rol oynadı. Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi Şuşa şəhərinin işğalından sonra, erməni hərbi qüvvələri Şuşa-Laçın yolunu bağlayaraq birbaşa Ermənistan Respublikası ərazisindən Laçın şəhərini güclü top atəşinə tutdular.

Erməni hərbi qüvvələrinin məqsədi işğal etdikləri Azərbaycan torpaqlarında möhkəmlənmək, Qarabağın dağlıq hissəsini Ermənistan Respublikasına birləşdirmək üçün onların arasında dəhliz açmaq idi. Şuşa işğal edildikdən az sonra, ermənilər qısa müddət ərzində, yəni mayın 18-də iki respublikanın arasında yerləşən qədim Azərbaycan şəhəri Laçını da zəbt etdilər. Nəticədə, 1385 km2 ərazisi, 71 000 nəfər əhalisi və 120 kəndi olan Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu Heç şübhəsiz ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması, hətta istəsəydi belə, kənardan çox böyük kömək olmadan Azərbaycan ərazilərini işğal edə bilməzdi. Beləliklə, "öz müqəddəratını təyin etmək" ideyasını reallaşdırmaq adı altında Azərbaycanın Dağlıq Qarabağ bölgəsini Ermənistanla birləşdirən dəhliz silah gücünə ələ keçirildi. Laçının işğalı müharibənin Dağlıq Qarabağ hüdudlarından çıxdığını və Ermənistanın hərbi işğalçılıq niyyətinin böyük olduğunu göstərdi. Ermənilərin "humanitar dəhliz" adlandırdığı bu yol ilə Dağlıq Qarabağa külli miqdarda silah, döyüş sursatı və hərbi qüvvə gətirildi.

Nəticədə, 1993-cü il ərzində Ermənistanın ərazi iddiası obyekti olan Dağlıq Qarabağ bölgəsinin (4,4 min km2 ) hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalmışdır. Belə ki, Ermənistanın ərazi iddiası obyekti olan Dağlıq Qarabağın 120 min nəfərlik erməni icmasının öz müqəddəratını təyin etmək cəhdi kimi qələmə verdiyi bu proses Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhalinin (ümumi əhalinin 15%-i) öz torpağında qaçqın vəziyyətinə düşməsinə gətirib çıxartdı. İşğal nəticəsində 900-ə yaxın yaşayış məntəqəsi dağıdılmış, talan edilmiş və yandırılmışdır.

Hazırda Azərbaycan ərazisinin 20%-dən çox (17 min km^) hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfər azərbaycanlı həlak olmuş, 100 000 nəfər yaralanmışdır.

Mənbə: sia.az