Məşhur qəzet koronavirusa görə kütləvi ixtisara HAZIRLAŞIR

Məşhur qəzet koronavirusa görə kütləvi ixtisara HAZIRLAŞIR

Böyük Britaniyanın tanınmış qəzeti olan "The Guardian" koronavirusun ağır nəticələrindən yayına bilməyib.

Modern.az xəbər verir ki, qəzet 180 işçisini ixtisar etməyi düşünür.

Qeyd edək ki, XIX əsrdən fəaliyyətdə olan mətbu orqan ingilis dilində gündəlik olaraq 126,879 tirajla yayımlanır. Virusa görə ağır iqtisadi duruma düşən "The Guardian" ixtisarlara məcburi tədbir kimi baxır.

Mənbə: modern.az