Qonşu ölkədə kişilərin milyardlarla aliment borcu yığılıb

Qonşu ölkədə kişilərin milyardlarla aliment borcu yığılıb

Rusiyada kişilərin aliment borcları 2 milyard dolları ötüb. Qonşu ölkədə 156 milyard aliment borcu yığılıb.

Bizimyol.info xəbər verir ki, Federasiya Şurasının spikeri Valentina Matvienko durumun acınacaqlı olduğunu deyib. Onun sözlərinə görə, yığım faizi artıb, amma ümumilikdə vəziyyət çox da yaxşılaşmayıb. Matvienko deyib ki, məsələnin pis tərəfi gerçək pula ehtiyac olan ailələrin alimenti ala bilməməsidir.

Fedarasiya Şurası Rusiyada aliment fondunun yaradılmasının tərəfdarıdır. Təşəbbüsü senatorların çoxu bəyənib. Matvienko bildirib ki, istənilən halda geniş müzakirələrə ehtiyac var.

Aliment fondu ideyası ilk dəfə Dovlət Dumasında səslənmişdi. Deputatlar təklif edirdi ki, pandemiyaya görə gəlirləri aşağı düşən valideynlərin əvəzinə dövlət aylıq ödəməni üzərinə götürsün.

Mənbə: www.bizimyol.info