Zərgər 1 milyon dollarlıq zinət əşyalarını basdırdı – məqsəd isə...

Zərgər 1 milyon dollarlıq zinət əşyalarını basdırdı – məqsəd isə...

Təqaüdə çıxmağa hazırlaşarkən koronavirus pandemiyasına məruz qalan amerikalı zərgər aylardır planlaşdırdığı işin icrasına başlayıb.

Unikal.org xəbər verir ki, Miçiqan ştatının Detroit şəhərin 23 ildir “J&M” adlı zərgərlik dükanının sahibi Perri, dükandakı zinət əşyalarını 4000 dollarlıq hissələrə böldüyünü və şəhərin müxtəlif yerlərində basdırdığını bildirib.

Bununla da, amerikalı zərgər 1 milyon dollarlıq zinət əşyalarını basdıraraq “xəzinə ovu” kampaniyasına start verib. Həmçinin də, zərgər basdırdığı xəzinənin xəritəsini də hazırlayıb.

Belə ki, həmin xəritələri 49 dollara satan Perri, kampaniyaya qoşulan insanların axtarış zamanı diqqətli və səbrli olmalarını bildirib.

Mənbə: www.unikal.org