İndoneziyada koronavirusa yoluxanların sayı 80 min nəfəri ötüb

İndoneziyada koronavirusa yoluxanların sayı 80 min nəfəri ötüb

İndoneziyada koronavirusa yoluxanların sayı son sutka ərzində artmaqda davam edib.

Demokratikmusavat.com AZƏRTAC-a istinadən bildirir ki, bu barədə İndoneziya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, son sutka ərzində bu ölkədə 1522 yoluxma halı qeydə alınıb. Bununla da koronavirusa yoluxanların ümumi sayı 80 min 94 nəfərə çatıb. Ötən sutka ərzində 87 nəfər həyatını itirib. Beləliklə, İndoneziyada bu günədək virusa yoluxmadan 3797 nəfər ölüb. Ümumiyyətlə, 39 min 50 nəfərin sağaldığı da bildirilir.

Yerli mətbuatın yaydığı məlumata görə, son günlər Şərqi Yava əyaləti İndoneziyada koronavirusun ən çox yayıldığı ərazi olub. Belə ki, son ay yarım ərzində burada 17 min nəfər koronavirusa yoluxub.

Demokratikmusavat.com

Mənbə: demokratikmusavat.com