Tokioda koronavirusa yoluxma halları artmaqda davam edir

Tokio qubernatoru Yuriko Koike çərşənbə günü Yaponiya paytaxtında COVID-19-a yoluxma hallarının artması ilə bağlı ciddi xəbərdarlıq edərək, sakinlərdən və sahibkarlardan maksimum profilaktik tədbirlərin alınmasını istəyib, lakin heç bir müəssisənin bağlanmasına çağırmayıb.

Yaponiyanın ictimai NHK yayım şirkəti Tokioda bazar ertəsi koronavirusa 119, şərşənbə axşamı 143 yoluxma halı ilə müqayisədə çərşənbə günü 165 yeni halın qeydə alındığını bildirib. Bazar günündən bəri dörd gün ərzində yoluxanların sayı 200 nəfəri keçib.

Tokioda keçirilən mətbuat konfransında Koike xüsusi olaraq restoranlar, mağazalar və gecə klublarını idarə edənləri təhlükəsizlik tədbirlərini yerinə yetirməyə, müştəriləri isə qaydalara riayət etməyən yerlərdən uzaq durmağa çağırıb.

Yuriko Koike

O, baş nazir Şinzo Abe hökumətindən təhlükəsizlik tədbirlərini pozan biznes sahiblərini cəzalandırmaq üçün yerli qubernatorlara səlahiyyət verilməsi üçün qanununa yenidən baxılmasını xahiş edib.

Vəziyyəti ağır olanların sayı sürətlə artmasa da, xəstəxana çarpayıları tez dolduğu üçün daha çox çarpayıya ehtiyac var.

Qubernator vəziyyəti ağır olmayan xəstələri yerləşdirmək üçün xəstəxanalardan əlavə 2700 çarpayı istədiyini deyib. "Bundan əlavə, asimptomatik, xəstəliyi yüngül şəkildə keçirən gənc nəsil arasında yoluxanların sayı artdığı üçün sabah iki yeni tibbi müəssisə açacağıq" - deyə, o bildirib.

Koike sakinləri şəhərdən kənar səyahətlərdən çəkinməyə çalışır və hökuməti Abenin qeyri-populyar turizm kampaniyasına təkan vermək üçün uyğun bir vaxt olub-olmadığını "diqqətlə nəzərdən keçirməyə" çağırıb.

Amerikaninsesi.org

ƏVVƏLKİ XƏBƏR

Azərbaycana Çindən həkimlər gələcək - Koronavirusa görə

SONRAKI XƏBƏR

Ədliyyə Nazirliyinin Tibb bas idarəsinə qoruyucu vasitələr təhvil verilib