Azərbaycanda koronavirusa yoluxma sayı 300-dən aşağı düşdü - RƏSMİ

Azərbaycanda koronavirusa yoluxma sayı 300-dən aşağı düşdü - RƏSMİ

Azərbaycanda koronavirus infeksiyasına 279 yeni yoluxma faktı qeydə alınıb.

Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb. 

Bildirilib ki, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış altı nəfər vəfat edib.

Hazırda aktiv xəstə sayı 5229 nəfər təşkil edir.

 

Mənbə: oxu.az