Hicab taxanlar cərimələndi

Hicab taxanlar cərimələndi

Danimarkada “Örtünmə yasağı” ilə bağlı qanunu pozan 60 nəfərə inzibati cərimə tətbiq olunub.

Cebhe.info xatırladır ki, bu qanun 2 il öncə qüvvəyə minib. Belə ki, cərimə olunan şəxslərarasında üzünü örtəcək şəkildə papaq geyinənlər və qar maskası taxanların da olduğu bildirilir.

Danimarkada 1 avqust 2018-ci ildə qüvvəyə minən “Örtünmə yasağı” çərçivəsində, ictimai yerlərdə qadağan olunmuş örtük və burqalar (yalnız gözlərin görünməsi mümkün olan hicab) taxan qadınlara 10 min krona ( təxminən 2 682 manat) qədər inzibati cərimələr tətbiq edilir.

Əli Bədir
Cebhe.info

Mənbə: cebhe.info