Ağır fəsadlara səbəb olan yanğınların baş verməməsi üçün yanğın təhlükəsizliyinə əməl etməliyik

Ağır fəsadlara səbəb olan yanğınların baş verməməsi üçün yanğın təhlükəsizliyinə əməl etməliyik

Bakı. Trend:

Xəbər verildiyi kimi 31 iyul tarixində Siyəzən rayonunun Sədan kəndi yaxınlığında ehtiyatsızlıq səbəbindən fermada baş verən və sonradan güclü külək nəticəsində böyük ərazini əhatə edən yanğın FHN-nin və ETSN-nin əməkdaşlarının səyi nəticəsində söndürülüb, meşə ərazisinə keçməsinin qarşısı alınıb.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Təəssüf ki, yanğın zamanı biri Siyəzən meşəbəyliyinin meşə gözətçisi olmaqla, Sədan kəndinin iki sakini həyatını itirib.
Yanğında həyatlarını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verir, səbr diləyirik və bir daha vətəndaşlara müraciət edirik ki, kimlərinsə ehtiyatsızlığı, etinasızlığı ucbatından yaranan yanğın hadisələrinin nə qədər ağır nəticələrə səbəb olmasını nəzərə alsınlar, ağır fəsadlara şərait yaradan yanğınların baş verməməsi üçün maksimum dərəcədə ehtiyatlı olsunlar.

Mənbə: az.trend.az