Səlim Balayevin son durumu ilə bağlı oğlundan açıqlama

Səlim Balayevin son durumu ilə bağlı oğlundan açıqlama

Tanınmış jurnalist Səlim Balayevin səhhəti ilə bağlı heç bir dəyişiklik müşahidə olunmur.

Jurnalistin hazırki vəziyyəti ilə bağlı oğlu Elnur Balayev Bizimyol.info-ya açıqlamasında bildirib ki, atası ilə bağlı həkimlər hələ heç nə demirlər:

"Vəziyyəti ağır stabil olaraq qalır. Nə çox ağırlaşma, nə də sağalmaya doğru heç bir proses getmir. Həkim bizə bildirdi ki ,ona koronavirusdan sağalan xəstələrin qanı lazımdır. Amma yalnız ağır xəstəlik keçirən xəstələrin qanı yoxlanılıb, vurula bilər. Bunun üçün xəstəlikdən sağalma müddətindən ən azı 15-20 gün keçməlidir. Bir neçə koronavirus keçirmiş xəstənin qanı alınsa da, atama uyğun olmadı. Sizin və həmkar dostların köməkliyi ilə qan verməyə hazır olanlar bizimlə əlaqə saxladı. Lakin həkimlər yenə bir müddət gözləməyimizi məsləhət görürlər və vəziyyətdən asılı olaraq hərəkət edəcəklərini deyirlər. Atamın ciyərləri bir daha yoxlanılacaq. Analizlər yaxşı çıxsa, plazmaya ehtiyac qalmayacaq. Yəni qan vurulmayacaq. Biz də gözləyirik.İstəyirik, tezliklə atam sağalsın".

Qeyd edək ki, jurnalist Səlim Balayev koronavirusa yoluxub. Evdə bir müddət müalicə almasına baxmayaraq, qızdırması düşməyib, təcili tibbi yardımla Bakı Sağlamlıq Mərkəzinə çatdırılb.2 gün sonra vəziyyəti ağırlaşıb və reanimasiyada oksigen aparatına qoşulub.

Gülnarə ƏMİRQIZI

Mənbə: www.bizimyol.info