Koronavirus peyvəndi ilə bağlı daha bir ölkədən sevindirici xəbər gəldi...

Koronavirus peyvəndi ilə bağlı daha bir ölkədən sevindirici xəbər gəldi...

Bütün dünyanı təsiri altına alan koronavirus epidemiyasına qarşı davam edən peyvənd çalışmalarında sevindirici xəbər Rusiyadan gəlib. Rusiya Səhiyyə naziri Mixail Muraşko Qamaleya İnstitutunun hazırladığı "Kovid-19" peyvəndinin klinik sınaqlarının yekunlaşdığını bildirib.

Moderator.az xəbər verir ki, Çinin Hubey əyalətinə bağlı Uhan şəhərində ortaya çıxan və qısa müddətdə bütün dünyanı təsiri altına alan yeni növ koronavirus (Kovid-19) səbəbi ilə dünya miqyasında 684 mindən çox insan həyatını itirib, 18 milyona yaxın insan isə virusa yoluxub.

Rus xəbər agenti "TASS"da yer alan xəbərə görə, nazir Muraşko mediaya etdiyi açıqlamada klinik sınaqların yekunlaşdığını və vaksinin qeydiyyatdan keçirilməsi üçün sənədlər hazırlandığını açıqlayıb.

Muraşko bundan başqa gələcək 1,5- 2 ay içərisində əlavə 2 peyvəndin könüllülər üzərində klinik sınaqlara başlanması üçün müraciət olunacağını söyləyib.

Kamran

 

 

Mənbə: moderator.az