Rusiyada miqrantlar daha çox cinayət törətməyə başlayıb

Rusiyada miqrantlar daha çox cinayət törətməyə başlayıb

Pandemiya dövrü Rusiyada yaşayan əcnəbilər üçün də ağır keçib. Qonşu ölkədə miqrantlar çox çətin sosial vəziyyətlə üzləşib.

Bizimyol.info xəbər verir ki, Rusiyada miqrantlar daha çox cinayət törətməyə başlayıb. Bu haqda keçmiş prezident, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev danışıb. Onun sözlərinə görə, xüsusilə Moskvada, Sankt-Peterburqda, Yekaterinburqda, Murmansk və Amur vilayətlərində əcnəbi cinayətlərinin səviyyəsində artım müşahidə olunub. Medvedev bildirib ki, xarici ölkə vətəndaşlarının müvəqqəti saxlanma təcridxanalarında da yer yoxdur. Bu isə miqrantların deportasiyasına problem yaradır.

Medvedev iyunun 9-da da bu haqda danışmışdı. Təhlükəsizlik Şurasının sədr müavini miqrantların ölkəsinə qayıda bilməməsi ilə bağlı narahatlıq ifadə etmişdi. Medvedev demişdi ki, bu gedişlə əcnəbilər daha çox cinayət törətməyə başlayacaq. Çünki bir çoxu işləyə bilmir, alternativ qazanc mənbələri axtaracaqlar.

Mənbə: www.bizimyol.info