"Çimərlikdə hovuz və su atraksionlarının fəaliyyəti qadağandır" - Ülvi Mehdiyev

"Çimərlikdə hovuz  və su atraksionlarının fəaliyyəti qadağandır" -    Ülvi Mehdiyev

"Çimərlik daxilində hovuz və su atraksionlarının fəaliyyəti qadağandır". Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında deyib.

Agentlik sədri bildirib ki, çimərlik ərazisində ictima iaşə obyektlərində yerində xidmət qadağandır:

“Nazirlər Kabinetinin qərarına əsasən, yerində xidmət yox, yalnız çatdırılma ilə mümkündür. Bu hal çimərliklərə də şamil olunur. Çimərlik ərazilərində musiqi proqramlarının təşkili də qadağandır”.

Azvision.az

Mənbə: azvision.az