Acı qidalar nə üçün faydalıdır?

Acı qidalar nə üçün faydalıdır?

Acı qidalar son dərəcə sağlıqlıdır.

Day.Az medicina.az-a istinadən bildirir ki, onlar yalnız immuniteti artırmır, həm də bağırsaqları və qaraciyərin fəaliyyətini normallaşdırır. Onlar ürək və qan damarları, həmçinin diabet və onkoloji xəstəliklər üçün faydalıdır. Dadını xoşlamırsınızsa belə, onları menyudan xaric etməyin. Hansı növ qidaları yemək lazımdır:

Portağal və limonun qabığı

Adətən onlar yeyilmir, amma buna baxmayaraq çox faydalıdır. Onu qurudub və ya şəkərli meyvələr bişirsən, blender vasitəsi ilə şəkərlə qarışdırıb, bədəndə yaranan iltihabı azalda, toksinləri çıxara və hətta xərçənglə mübarizədə kömək edə bilərsən. Çaya əlavə etmək və ya qarışıqdan bir qaşıq yemək olar. Şirniyyat yerinə meyvələr faydalıdır.

Kakao

Adətən tünd şokolad tərkibində olduğundan onu qəbul etmək daha yaxşıdır. Polifenollar, antioksidanlar var. Şokolad xoşuna gəlməzsə, sadəcə dadlı içki düzəltmək kifayətdir. Bundan əlavə, kakao desertlər və un məmulatları üçün istifadə edilə bilər.

Turp, tərxun, Brüssel kələmi də çox faydalıdır. Bunlar xərçəng əleyhinə və qaraciyərdən toksinləri çıxarmaq üçün əla tərəvəzdir.

Zoğallar əla antibakterial vasitədir. Mədə və sidik yollarının infeksiyasını müalicə edə bilər. Zoğal suyu içmək, sizi ən ciddi xəstəliklərdən qoruyacaq . Qan təzyiqini aşağı salır, qan şəkərini azaldır və iltihab əleyhinə əla vasitədir.

Çili bibəri, acı ədviyyatlar, otlar, bunların hamısı çox faydalıdır.

Acı qovun

Adətən xiyar kimi görünür və nadir hallarda satılır. Ancaq onun istifadəsi çox faydalıdır. Qan damarlarının və ürək xəstəlikləri ilə mübarizə aparmaqla yanaşı toksinləri də çıxarır.

Xardal, zəncəfil acı məhsullara aid edilə bilər, onlar da çox faydalıdır və immuniteti artıra bilər.

Acı dadına məhəl qoymayın. Belə məhsullar son dərəcə faydalıdır. Onların tərkibində müxtəlif vitaminlər və minerallar var, orqanizmi canlandırır və tonusu artırı, xolesterolla mübarizə aparmağa imkan verir. Həm də acı qidaların daimi istifadəsi (meyvələr, tərəvəzlər, otlar və giləmeyvə) arıqlamağa kömək edir.

Acı yemək sizə çətindirsə, onları tədricən yeməyinizə əlavə edin. Məsələn, bir salata limon suyu sıxmaq, şirniyyata ləzzət qatmaq olar. Tədricən, bədən buna öyrəşəcək və yeməyin dad alması artıq normal hala gələcəkdir.

Zəncəfil kökü və limon, portağal ilə olan içkilər bədən üçün çox faydalıdır. İmmunitet artıracaq və zərərli birləşmələri bədəndən çıxarmağa imkan verəcəkdir.

Mənbə: news.day.az