Qazaxıstanda daha 33 xəstə Covid-19-dan öldü

Qazaxıstanda daha 33 xəstə Covid-19-dan öldü

Son bir gündə Qazaxıstanda daha 33 nəfər koronavirus infeksiyasından ölüb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə avqustun 4-də hökumətin iclasında ölkənin səhiyyə naziri Aleksey Çoy açıqlayıb.

Beləliklə, Qazaxıstanda koronavirus qurbanlarının ümumi sayı 1091 nəfərə çatıb.

Əvvəllər Əməliyyat Qərargahı iyulun 27-dən avqustun 2-dək ölkədə 265 ölümcül hadisənin qeydə alındığını bildirmişdi.

Nazirin sözlərinə görə, hazırda koronavirus xəstəsi olan 27,597 xəstə tibb müəssisələrində müalicə alır.

 

KONKRET.az

Mənbə: konkret.az