Bu ölkədə əcnəbilərə verilən vizalar noyabrın 1-dək uzadıldı

Bu ölkədə əcnəbilərə verilən vizalar noyabrın 1-dək uzadıldı

Hazırda Özbəkistanda olan xarici vətəndaşlar üçün vizaların müddəti avtomatik olaraq 1 noyabr tarixinə qədər uzadılır.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə Turizm üzrə Dövlət Komitəsi Respublika Xüsusi Komissiyasının 30 iyul tarixli qərarına istinadən məlumat verib.

Hesabatda bu vətəndaşlara heç bir cərimə tətbiq edilməyəcəyi qeyd olunur.

Özbəkistan bu il 16 mart tarixindən etibarən xarici ölkələrlə dəmir yolu və hava əlaqələrini dayandırdıqdan sonra, xarici vətəndaşlara və ölkədə vətəndaşlığı olmayan şəxslərə verilən vizaların müddəti bir neçə dəfə uzadılıb.

Mənbə: konkret.az