Avropa COVID-19-un ikinci dalğasının qarşısını almağa çalışır

Avropa COVID-19-un ikinci dalğasının qarşısını almağa çalışır

Avropanın bəzi hissələrində koronavirusun ikinci dalğasının ola biləcəyi ilə bağlı narahatlıqkar səbəbilə yenidən karantin tədbirləri görülür. Avropa ölkələri may və aprel aylarında koronavirusun ən çox təsirinə məruz qalan yerlər arasında idi və nəticədə orada xəstəliyin yayılmasının qarşısını almaq üçün sərt təbirlər görülmüşdü. Bəzi alimlər karantin tədbirlərinin vaxtından əvvəl qaldırıldığını deyir və qabaqdan onları çox çətin seçimlərin gözlədiyi barədə xəbərdarlıq edir.

Koronavirus testi ağrılı bir proses ola bilər. Ancaq İspaniyanın Kataloniya regionunda daha böyük ağrılara səbəb olan bir şey var.

“Bizim yenidən başlanğıc nöqtəsinə dönə biləcəyimiz məni narahat edir. Məncə biz yaxşı irəliləyiş əldə etmişdik, amma indi yaxşı irəlilədiyimizi düşünmürəm,” COVID-19 simptomları olan Emma Qaya deyir.

Kataloniyada koronavirusa yoluxma halları yenidən artır. Hərəkətə təbiq olunan məhdudiyyətlər yüngülləşdirilib. Amma bəzi ölkələr İspaniyadan gələn ziyarətçilərə karantin təbiq ediblər.

Belçika və Lüksemburqda da yoluxma halları yenidən artmağa başlayıb və Belçikanın Antverpen şəhəri yeni epidemiyanın mərkəzinə çevrilib.

“Mən bir az yaşlıyam və qorxuram,” Antverpen sakini Cozef Verberkmos bildirir.

“İnsanlar küçəyə çıxmaqdan qorxurlar,” Antverpen sakini Ellen Bovre deyib.

Yerli rəsmilər deyir ki, hökümət may ayında ölkə boyu tətbiq olunan karantini Antverpen kimi qaynar nöqtələrə məhəl qoymayaraq vaxtından əvvəl qaldırıb.

“Əgər fiziki məsafəyə riayət etməsəniz, bu virus çox asan yayılacaq. Amma yenə də virusun qarşısını almaq üçün böyük tədbirlər görülməlidir,” Antverpen Universitetinin vaksinologiya professoru Pyer Van Dam bildirir.

Bu cür tədbirlər Birtaniyanın şimalında yenidən tətbiq olunub – başqa ailələrin bir-birilərilə bağlı məkanlarda görüşmələri qadağan edilib. Orada yoluxma halları artır. Belə ki, ölkə boyu hər gün təxminən 4900 nəfər koronavirusa yoluxur.

“Erkən tədbir mühümdür. Ölkələr tədbirlər görürlərsə, açılma tədbirlərini yubadırlarsa, virusun yayılmasının qarşısını almaq üçün hədəfli dəyişikliklər edirlərsə, o zaman biz yoluxmalar eksponent olaraq artmadan öncə virusu nəzarət altına ala bilərik,” Oksford Universitetindən doktor Piter Drobaç bildirir.

Britaniyada daha genişmiqyaslı açılma təbidləri hələ ki, təxirə salınıb. Məsələn teatrlar hələ də bağlı qalmağa məcburdurlar.

“Biz cəmiyyət olaraq ən çox dəyər verdiyimiz şeylər barədə çətin seçimlər etməliyik. Məsələn əgər bizim prioritetimiz sentyabrda uşqalarımızı məktəbə göndərməkdirsə, bu o deməkdir ki, biz indi insanların barlar və restoranlara getməsini istəmirik,” Drobaç deyir.

Avropanın bəzi hissələrində isə, o cümələdən Yunanıstan və İtaliyada yoluxma halları aşağıdır və turistlər oraya getməyə başlayıblar.

“Koronavirus bizi o qədər də narahat etmir. Biz dincəlmək və istirahət etmək istəyirik,” afinalı turist Tanassis Yanellis deyir.

Almaniyada da yoluxmalarda artım müşahidə olunur. Ancaq Berlində şənbə günü 20 minə yanın insan küçələrə axışaraq karantin tədbirlərinə qarşı etiraz ediblər. Rəsmilər etirazın təşkilatçılarına gigiyena və sosial məsafə qaydalarınə pozmaq ittihamları irəli sürüblər.

Mənbə: www.amerikaninsesi.org