Partlayış bütün taxıl ehtiyatını məhv edib: Ölkə aclıq qarşısında

Partlayış bütün taxıl ehtiyatını məhv edib: Ölkə aclıq qarşısında

Livanın paytaxtı Beyrutda limanda baş verən partlayış ölkənin bütün taxıl ehtiyatını məhv edib.

Belə ki, ölkədəki taxıl ehtiyatının 85 faizinin saxlandığı anbar zibil və torpaqla örtülüb.

Cebhe.info xəbər verir ki, bu barədə “Associated Press" yazıb.

Məlumata görə, artıq anbarlardakı taxıl istifadəyə yararsız haldadır. Ölkənin İqtisadiyyat və ticarət naziri Raul Mehme də xəbəri təsdiqləyib.

Onun sözlərinə görə, ölkədə çörək qıtlığının qarşısını almaq üçün daha çox həcmdə taxil idxal olunmalıdır.

Xəzər
Cebhe.info

Mənbə: cebhe.info