“Partlayıcının limandan çıxarılması üçün 6 dəfə məhkəməyə müraciət etmişik” – Livan rəsmisi

“Partlayıcının limandan çıxarılması üçün 6 dəfə məhkəməyə müraciət etmişik” – Livan rəsmisi

“Beyrut limanındakı partlayıcı maddələr təhlükə təşkil etdiyi üçün bu günədək 6 dəfə məhkəməyə müraciət etmişik”.

Avropa.info xəbər verir ki, bu sözləri Livan Gömrüyünün rəisi Bədri Zahir deyib. Livan rəsmisi partlayıcıların oradan çıxarılmasını tələb etdiklərini, ancaq heç bir cavab almadıqlarını bildirib. Partlayışın səbəblərinin açıqlanması üçün isə ekspert rəyi gözlədiklərini deyib.

Beyrut limanında fişənglərin olub-olmaması barədə suala “Böyük ehtimalla fişənglər” vardı cavabı verib.

Qeyd edək ki. Beyrut limanının 12-ci anbarında baş verən yanğın nəticəsində dünən çox böyük partlayış baş verib.

Mənbə: avropa.info