Azad Rəhimov TƏBİB rəhbəri ilə idmançıların açıq havada məşqindən danışdı

Azad Rəhimov TƏBİB rəhbəri ilə idmançıların açıq havada məşqindən danışdı

Bu gün Gənclər və İdman Nazirliyinin balansında olan Hövsan və Abşeron Olimpiya İdman Kompleksləri rəsmən müvəqqəti modul tipli xəstəxanaya çevrilib.

Oxu.Az-ın xəbərinə görə, bununla bağlı nazir Azad Rəhimov və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı həmin idman komplekslərinə baxış keçirib.

A.Rəhimov tədbir zamanı idmançıların narahatlığını TƏBİB-in rəhbərinə çatdırıb. O bildirib ki, insanların açıq havada idmanla məşğul olması üçün şərait yaradılması yaxşı olardı:

“Bildiyimiz kimi, açıq havada idman zallarının fəaliyyəti avqustun 31-dək qapalıdır. Ancaq idmançıların bu fəaliyyətlə məşğul olması üçün qadağa qərarına yenidən baxılmasını, onların idmanla məşğul olmasına şəraitin yaradılmasının diqqətdə saxlanılmasını istərdik”.

Qeyd edək ki, mayın 29-da açıq havada idman yarışlarının keçirilməsinə icazə verilsə də, sonradan karantin sərtləşdirilib və bu icazə aradan götürülüb.

Səbuhi Musayev

Mənbə: www.oxu.az