Bakının mərkəzində böyük tıxac - FOTOLAR

Yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyi artdığından hazırda bəzi küçə və prospektlərdə sıxlıq müşahidə olunur. Sıxlıq olan küçə ilə hərəkət edən müntəzəm və ekspres xətlər üzrə avtobusların intervalında gecikmələr yaranır. Bu gecikmə də qarşıdakı dayanacaqlarda sərnişinlərin toplaşmasına son nəticədə isə avtobuslarda sıxlığa səbəb olur.

Publika.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib. O qeyd edib ki, hazırda ancaq “Tbilisi” prospektindəkı sıxlıqda 10 dan artıq ekspres və müntəzəm xətt avtobusu gecikmə ilə hərəkət edir. "Bütün bunların olmaması üçün təcili olaraq avtobuslar üçün xüsusi hərəkət zolaqları təşkil olunmalıdır", deyə Mais Ağayev vurğulayıb.

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Qərar verilib: Çini on ölkə boğacaq. Rusiyanı da dəvət edəcəklər?

SONRAKI XƏBƏR

Böyük Vətən müharibəsinin Mingəçevirdən olan sonuncu iştirakçısı 99 yaşında vəfat edib