Şəmkirdə naməlum şəraitdə bıçaqlanma olub

Şəmkirdə naməlum şəraitdə bıçaqlanma olub

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb.

Hələlik adı məlum olmaya ortayaşlı kişi naməlum şəraitdə bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Mənbə: apa.az