Milli Məclisə basqın edənlər kim olub? - VİDEO

İyulun 12-də Ermənistan ordusunun Tovuz istiqamətindən dövlət sərhədimizi pozaraq ölkə içərilərinə hücumu ordumuzu ciddi addımlar atmağa vadar etdi, düşmən 12, 13 və 14 iyul tarixlərində layiqli cəzasını aldı, geri oturduldu. Eyni zamanda xalqımızın sərt təpkisi ilə üzləşdi, bütün dünya Azərbaycanlıları ordumuzun yanında olduğunu bəyan etdi və küçələrə axışıb dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərini anlatdı, Ermənistanın işğalçı ölkə olduğunu bəyan etdi. Minlərlə Bakı sakini küçələrə çıxdı, Prezidentin yanında olduğunu, döyüşmək üçün hazır olduğunu nümayiş etdirdi. Lakin Şəhidlər Xiyabanının yanındakı gecə mitinqi xalqımızın mütəşəkkiliyinə qismən kölgə saldı, radikal müxalifəti təmsil edən bir qrup Milli Məclisin binasına soxularaq dağıntılar törətdi, asayiş keçikçilərinin avtomobillərinə ciddi ziyan vurdular. Gecə saatlarında xoşagəlməz hadisəni törədənlər xəyanətlərinin gecə kimi qaranlıq qalacağını güman etdilər. Lakin...

SİA videonu təqdim edir:

 

 

Sia.az

ƏVVƏLKİ XƏBƏR

14 iyul hadisələri ilə bağlı istintaqa cəlb edilənlərin hüquq və azadlıqları təmin edilib - RƏSMİ + VİDEO

SONRAKI XƏBƏR

"Miran" sevgilisini öpüşlərə qərq etdi