Koronavirus xəstələri üçün hansı bədən temperaturu risklidir?

Koronavirus xəstələri üçün hansı bədən temperaturu risklidir?

Koronavirus infeksiyasının ilkin mərhələsində temperaturun 35,5 dərəcə və aşağı olması xəstəliyin ağır gedişatının göstəricisi ola bilər.

Publika.az xəbər verir ki, bu barədə Nyu Yorkdakı İcahn Tibb Məktəbinin Ürək-Damar Tədqiqatları Mərkəzi məlumat yayıb. Tədqiqatçılar həkimlərə müraciətlərin statistikasını araşdırıb və bu simptomlu xəstələrin 44 faizinin öldüyü qənaətinə gəlib.

Eyni zamanda, xəstəliyin inkişafı zamanı temperaturun 40 dərəcədən yuxarı olması da ölüm riskinin yüksək olmasına işarə edir. Bu halda da xəstələrin 42 faizi ölür.

Rusiyalı mütəxəssislərsə aşağı bədən temperaturunun sadəcə qocalma əlaməti ola biləcəyini irəli sürüb. Eyni zamanda, 65 yaşdan yuxarı insanların xüsusi risk qrupuna düşdüyü heç kimə sirr deyil. Başqa bir mümkün səbəb kimi, lazımi miqdarda iltihab mediatoru ifraz etməyən immunitet sisteminin zəif reaksiyasını göstəriblər.

Aytən Məftun

Mənbə: publika.az