Erkin Qədirli: "Camaat deyir kreditim qalsın bir qırağa, mən uşağımı oxutdurmalıyam"

Erkin Qədirli: "Camaat deyir kreditim qalsın bir qırağa, mən uşağımı oxutdurmalıyam"

"Sahibkarların, yaxud işçilərin iqtisadi problemlərindən biri təhsil, xüsusilə ödənişli təhsildir. Camaat deyir kreditim qalsın bir qırağa, mən uşağımı oxutdurmalıyam"

Bu sözləri Milli Məclisin plenar iclasında çıxış edən deputat Erkin Qədirli deyib.

Millət vəkili Nazirlər Kabinetinin bəzi kateqoriyalı tələbələrin təhsil haqqından azad edilməsi ilə bağlı qərarından bəhs eedib.

Komitə sədri Tahir Mirkişilinin bu haqda dediklərinə cavabında E.Qədirli dedi ki, məsələdən xəbərdardır: “Valideynlərin hər ikisi 1-ci və ikinci qrup kimi əlil olanlar, işsiz kimi qeydiyyatda olanlar, yaşa görə pensiyada olanlarla bağlı güzəştlər nəzərdə tutulub. Lakin bu, çox dar çevrədir. Sahibkarların, yaxud işçilərin iqtisadi problemlərindən biri təhsil, xüsusilə ödənişli təhsildir. Camaat deyir kreditim qalsın bir qırağa, mən uşağımı oxutdurmalıyam”.
E.Qədirli hökumət üzvlərinə xitab etdi: “Hələ də gec deyil, ikinci oxunuşdur. Tahir müəllimdən də, maliyyə nazirindən də xahiş edirəm. Onsuz da təhsil xərcləri azaldılıb. O vəsaitin ən azı yarısı tələbələrin təhsil haqqının qismən ödənilməsinə yönəldilə bilər. Hələ qarşıda 3-cü oxunuş var”.

Qeyd edək ki, digər bir neçə deputat da tələbələrə təhsil haqqı ilə bağlı güzəştlərin edilməsini təklif etdi.

Mənbə: cia.az