Kartof yığımı ötən ilə nisbətən artıb - VİDEO

 

Tovuz rayonunda kartof məhsullarının yığımına başlanılıb. Bu il fermerlər sahələrdən bol məhsul götürə biləcəklərini bildirirlər.

Baku TV xəbər verir ki, koronavirus pandemiyası kənd təsərrüfatının bu sektoruna müəyyən dərəcədə mənfi təsir etsə də, hazırki satış qiymətləri fermerləri qanə edir.

Yığılan məhsullar yerində alınaraq bazara çıxarılır. Məhsullar daha çox Bakı və Gəncə şəhərlərində, eyni zamanda, digər iri şəhərlərin bazarlarında satılır.

Rəsmi rəqəmələrə görə, 2020-ci il üçün Tovuz rayonunda 6 748 hektardan artıq ərazidə kartof əkilib. Bu rəqəm ötən illə müqayisədə təxminən 200 hektar çoxdur.

Bu günə kimi dörd min hektrdan çox ərazidə kartof yığımı başa çatıb. İlkin hesablamara görə, rayon üzrə hər hektardan orta hesabla 25 tona yaxın məhsul gözlənilir. Məhsuldarlıq bol olan sahələr isə müasir suvarma sistemləri ilə təmin edilən ərazilərdir.

Hazırda ölkə üzrə kartof yığımı ancaq Qərb bölgəsinin Şəmkir, Tovuz və Ağstafa rayonlarının ərazilərində həyata keçirilir. Təxminən bir ay sonra ölkənin dağlıq rayonları olan Gədəbəy, Qəbələ, İsmayıllı və Qusarda məhsul yığımı başlayacaq.

 

 

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Muxtar respublika iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 191 milyon manatı ötüb

SONRAKI XƏBƏR

Prezident İlham Əliyev: Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir