Sabir Rüstəmxanlı: “Məmurların hazırladığı siyahılar şübhəlidir”

 

“Azərbaycanda sosial təminat məsələləri ilə bağlı ədalətsizlik və haqsızlıqlar var”.

Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Sabir Rüstəmxanlı deyib.

O bildirib ki, haqsızlıqların və ədalətsizliklərin qarşısının alınması üçün vacib addımlardan biri uşaq pulunun bərpasıdır.

“Azərbaycanda vaxtilə çoxuşaqlı ailələrə dövlət yardımı edilirdi. Sonra isə bu proses dayandı. Bundan sonra Azərbaycanda doğum səviyyəsi də aşağı düşdü”, - deyə, S.Rüstəmxanlı əlavə edib.

Millət vəkili qeyd edib ki, Azərbaycanda sosial təminatla bağlı məmurların hazırladığı siyahılar şübhəlidir.

Aqşin Kərimov

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Avtomobillərdən mobil telefon oğurlayan şəxs tutuldu

SONRAKI XƏBƏR

Türkiyədə nazir oldu, övladına Atatürkün adını qoydu, ömürlük həbs cəzasına məhkum edildi...