Dənizə düşmən kim kəsilib? - Aslan Abbaszadə yazır - FOTOLAR

Dənizə düşmən kim kəsilib? - Aslan Abbaszadə yazır - FOTOLAR

Bu nə rəzalət? Bu nə hərəkət? Bu nə biabırçılıq? Bu nə düşmənçilik? Bu nə acgözlükdür belə?!

 

İnsan özü özünə düşməndir, bir sözlə insan düşmənin elə özüdür! Ümumiyyətlə dünyada insan hər varlıq üçün düşməndir...

 

Dəniz açılar açılmaz insanların yürüyüş etdiyi, velosiped sürdüyü, hava aldığı məkanları məkan sahibləri yolu bağlayıb dənizin içinə kimi hasara aldılar. Dövlətin aidiyyəti orqanlarını bu işlə bağlı lazımı tədbirlər görməyə çağırıram.

 

Ümidvaram ki, bu özbaşınalıq tezliklə öz həllini tapacaqdır.

Faktor.az xəbər portalının
Baş Redaktoru
Aslan Abbaszadə

 

Mənbə: faktor.az