Azərbaycan və Rusiya dənizçiləri Süveyş limanında qalıblar

Azərbaycan və Rusiya dənizçiləri Süveyş limanında qalıblar

 

Rusiya-Azərbaycan ekipajı olan “Ağdaş” tankeri hərəkətinə davam etmək üçün vəsait çatışmazlığı səbəbindən, demək olar ki, 16 aydır Süveyş limanında qalmağa məcburdur.

Bunu TASS-a Novorossiyskdə Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasının (ITF) müfəttişi Olqa Ananyina bildirib.

“Süveyşdə eyni şirkətin (“Palmali”) digər gəmisi də bərbad vəziyyətdədir. Gəmidə bir rus kapitanı və Rusiya dənizçiləri də var. Onlar da susuz, yeməksiz qalıblar”, - deyən O.Ananyina gəminin həbsdə olmadığını, hərəkətinə davam etmək üçün pul yetmədiyindən Süveyşdə dayandığını qeyd edib.

Bu vəziyyət barədə əvvəllər məlumat verilməyib.

Federasiyasının nümayəndəsi Rusiya-Azərbaycan heyətinin 16 ay “Ağdaş” gəmisində qalacağını deyib. O bildirib ki, heyətə olan borc 412 min dollardır. 14 heyət üzvünün beşi Rusiya, qalanları isə Azərbaycan vətəndaşlarıdır.

Mənbə: www.oxu.az