Sarqsyanın üzünə durmayan keçmiş mer tutulub

Yerevanın keçmiş meri, Ermənistanın İctimai xidmətin tənzimlənməsi üzrə komissiyanın sabiq başçısı Robert Nazaryan tutulub.

Report "Novosti Armeniya"ya istinadən xəbər verir ki, bunu Ermənistan Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Ohacanyan bildirib.

Onun sözlərinə görə, keçmiş mer cinayət işlərindən biri çərçivəsində saxlanılıb: "Hadisə ilə bağlı ətraflı məlumat veriləcək".

Ermənistan KİV-ləri yazır ki, bir müddət əvvəl Nazaryan keçmiş prezident Serj Sarqsyana qarşı ifadə verməkdən imtina etmişdi. Sarqsyan iri məbləğdə dövlət əmlakını mənimsəməkdə ittiham olunur.

Nazaryan 1996-2003-cü illərdə müxtəlif vəzifələrdə, Yerevanın meri və Ermənistanın energetika nazirinin müavini işləyib. 2003-2018-ci illərdə isə Ermənistanın İctimai xidmətin tənzimlənməsi üzrə komissiyanın sabiq başçısı olub.


Sonxeber.az Telegramda izləyin
 

Sonxeber.az

ƏVVƏLKİ XƏBƏR

Korporativ sektorun İT sahəsində xərcləri azalıb

SONRAKI XƏBƏR

Həccə gedə bilməyənlərin pulları qaytarılır