Döyüş postunda halı pisləşən erməni əsgər təxliyyə edilib

Döyüş postunda halı pisləşən erməni əsgər təxliyyə edilib

 

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birinin ön xətt mövqeyində xidmət edən əsgərin halı pisləşdiyi üçün təcili yardım maşını çağırılıb. Ordu.az xəbər verir ki, Ağdərədən olan erməni hərbi qulluqçu Artur Ahdabedyan 48-ci postda xidmət apararakən özünü pis hiss edib. Bu barədə hərbi hissənin zabiti İ. Şakaryana məruzə edilib və təcili tibbi yardım maşını çağırılıb.

Həkimlərin müayinəsi nəticəsində məlum olub ki, hərbi qulluqçu A. Ahdabedyan bir neçə gün əvvəl təhlükəsizlik qaydalarının pozulması nəticəsində sol ayağından xəsarət aldığını gizlədib. Lakin sol ayağı şişdiyindən və ağrılara dözə bilmədiyindən hadisə barədə məlumat verib. Cərrahiyyə əməliyyatı keçirən əsgər uzun müddət hərbi müalicə müəssisəsində qalmaq məcburiyyətindədir

Hadisə komandanlıq tərəfindən ictimaiyyətdən gizlədilsə də, hərbi polis araşdırmasını davam etdirir.

Ordu.az

 

Mənbə: ordu.az