Hafiz Hacıyev: “Sanki vətəndaşlıqdan məhrum edilmişəm”

Hafiz Hacıyev:    “Sanki vətəndaşlıqdan məhrum edilmişəm”

"Biri də yazır ki, Hafiz Hacıyev koronavirusa yoluxub. Yaxşı ki, "öldü" yazmırlar. Sürücülük hüququndan məhrum edilibi də elə yazırlar ki, sanki vətəndaşlıqdan məhrum edilmişəm. Qoy olsun, necə istəyirlər yazsınlar. Amma bilsinlər ki, yalandır. Bir də əgər sürücülük hüququndan məhrum ediblərsə, niyə mənə hər hansı məhkəmə qərarı, hər hansı bir sənəd təqdim etməyiblər? Boş-boş sözlərdir".

Bunu Versus.az-a son vaxtlar barəsində müxtəlif şaiyələr yayılan, eləcə də sürücülük hüququndan məhrum olunduğu deyilən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bildirib.

Adətən gündəmdə məmur özbaşınalığı, nazirlərin korrupsiyaya bulaşmasına dair ciddi ittihamları və şok açıqlamaları ilə yadda qalan MMP sədri kimlərinsə belə bir bəsit şaiyə ilə onu hədəfə almasını gülüşlə qarşıladı. H.Hacıyev belə məişət tipli yalanlara görə heç də keyfinin pozulmadığnı dedi. Bildirib ki, bu da növbəti uydurmalardan biridir:

"Belə sadə yalanlarla mənim şəxsimə, fəaliyyətimə kölgə sala bilməzlər. Yəqin kimlərsə adımı belə məişət tipli neqativlərdə hallandırmaqla özü üçün xal qazanmağa çalışır. Boş sözlərdir. Belə şaiyələr Hafiz Hacıyevi qorxuda bilməz. Əsas odur ki, adımız rüşvətdə, korrupsiyada, əyyaşlıqda hallanmır".

H.Hacıyev heç kimə zərər verməyəcək belə şaiyələri yalnız xoş zarafat kimi qarşıladığını vurğuladı.

Demokrat.az

Mənbə: demokrat.az