Azərbaycanda sentyabr ayında koronavirusun 2-ci dalğası ola bilərmi? - AÇIQLAMA

Azərbaycanda sentyabr ayında koronavirusun 2-ci dalğası ola bilərmi? - AÇIQLAMA

Azərbaycanda gündəlik koronavirusa yoluxanların sayı 200-dən aşağıdır. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun ikinci dalğasının payız aylarında ola biləcəyi ilə bağlı açıqlamalar verməkdədir. Azərbaycanda sentyabr ayında koronavirusun 2-ci dalğası ola bilərmi?

Bununla bağlı KONKRET.az-a danışan Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib ki, Azərbaycanda sentyabrda və payız aylarında koronavirusun ikinci dalğasının olması gözləniləndir:

“İkinci dalğanın olma ehtimalı bütün dünya üzrə proqnozlaşdırılır. Ona görə də payız fəslində yoluxmanın artmaması üçün biz hazırlıqlı olmalıyıq. Bilirsiniz ki, avqustun 31-nə kimi 13 rayon və şəhərdə sərt karantin rejimi tətbiq ediləcək. Artıq sərt karantin rejiminin müsbət nəticələrini görürük. Yoluxmaların sayı 200-dən aşağı düşüb. Eləcə də ölənlərin sayında da xeyli azalma var. Düşünürəm ki, bu azalma dinamikası davam edərsə, müəyyən yumşalmalara getmək olar. Təbii ki, bunun üçün də gündəlik yoluxanların sayı 2 rəqəmə düşməlidir. Yumşalma olan zaman da insanlarımızın karantin qaydalarına əməl etməsi vacibdir”.

Nərgiz Mirzəyeva
KONKRET.az

Mənbə: konkret.az