Dövləq qulluğuna müsahibə mərhələsinin keçirilmə tarixləri açıqlanıb

Dövləq qulluğuna müsahibə mərhələsinin keçirilmə tarixləri açıqlanıb

28.02.2020, 02.06.2020 və 19.06.2020-ci il tarixlərində elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.

Dövlət İmtahan Mərkəzindən APA-ya bildirlib ki, müsahibələrin 12 avqust – 10 sentyabr 2020-ci il tarixlərində onlayn keçirilməsi planlaşdırılır.

Qeyd olunan elanlar üzrə 15 dövlət orqanında mövcud olan 61 vakant vəzifə üzrə 61 yer ümumi müsahibəyə çıxarılıb. Elanlara çıxarılan vəzifələr üzrə 230 müsahibənin keçirilməsi planlaşdırılır.

Yüksək müsabiqə vəziyyətinin müşahidə olunduğu vəzifələr Dövlət Statistika Komitəsi, İnsan resursları və hüquq şöbəsi, İnsan resurslarının idarə edilməsi sektoru, məsləhətçi (1 vakant yer üzrə 41 namizəd) və Hesablama Palatası, Sosial sahələrin auditi şöbəsi, Səhiyyə sahələrinin auditi sektoru məsləhətçi (1 vakant yer üzrə 25 namizəd) vəzifələridir.

Müsahibələrin 12 avqust – 10 sentyabr 2020-ci il tarixlərində onlayn keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilər.

Müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adınızı seçib, açılan müraciət formasında "İMTİNA" düyməsini sıxmaq lazımdır.

Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur. İştirakçılar tibbi maska taxmalıdırlar.

Mənbə: apa.az