Çexiyada yoluxanların sutkalıq statistikası aşağı düşmür

Praqa, 7 avqust, AZƏRTAC

Ötən sutka ərzində Çexiyada COVID-19 infeksiyasına 200-dən artıq yeni yoluxma aşkarlanıb.

AZƏRTAC Çexiyanın Səhiyyə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, indi burada hələ də sağalmayan xəstələrin sayı 5 min nəfəri keçir.

Hökumət yeni məhdudiyyətlərin nə vaxt tətbiq olunması məsələsini yenidən müzakirə edir. Görünür, çexlər məzuniyyətlərini evlərində keçirməli olacaqlar. Ən pis vəziyyət ölkənin şərqindədir, burada bir neçə “qapalı” zona mövcuddur.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

AZERTAG.AZ :Çexiyada yoluxanların sutkalıq statistikası aşağı düşmür

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Nəzəriyyə, yoxsa təcrübə ?! - “Jurnalistikamız qlobal çağırışlarla ayaqlaşa bilmir” – ÜZ-ÜZƏ!

SONRAKI XƏBƏR

“Ermənilər qonşularına həsəd aparır, Nikol isə sadəcə demaqoqdur” – ERMƏNİ MEDİASI