Millət vəkili ilə başçı xüsusi qayğıya ehtiyacı olan insanların problemini həll etdi - Fotolar

Millət vəkili ilə başçı xüsusi qayğıya ehtiyacı olan insanların problemini həll etdi  - Fotolar

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq kurort şəhəri Naftalanda son illər ərzində bir sıra infrastruktur və sosial layihələr uğurla həyata keçirilib. Həm şəhər sakinlərinin, ağsaqqallarının, həm də yerli və xarici turistlərin məmnunluğunun təmin edilməsi istiqamətində mütəmadi olaraq müvafiq tədbirlər görülür.

“Qafqazinfo”nun məlumatına görə, Milli Məclisin deputatı Anar Məmmədovun dəstəyi və Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhər ərazisində, o cümlədən Heydər Əliyev, Səməd Vurğun, Nəriman Nərimanov və Qələbə parklarında, səkilərdə fiziki imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan insanların, yaşlıların və uşaq arabası ilə olan şəxslərin rahat hərəkəti üçün standarta uyğun 33 pandus quraşdırılıb. Bundan sonra 72-dək pandus quraşdırılacaq.

Görülmüş işlər şəhərin ümumi inkişafına, vətəndaş məmnunluğuna, yerli və xarici turistlərin, eləcə də uşaq arabası ilə gəzənlərin maneəsiz gəzə bilmələrinə xidmət edir.

Mənbə: qafqazinfo.az